Ötən əsrin 90 - cı illərinə nəzər saldıqda Azərbaycanı necə bir çətin , keşməkeşli yoldan keçdiyi gölərimiz önündə canlanır. Yenicə müstəqilliyini bərpa etmiş ölkəmiz yenə də dağılmaq, məhv olmaq və hansı isə super gücün əsarəti altında düşmək təhlükəsi ilə üz - üzə idi . Həmin vaxtlar ölkədə həm də çox ciddi hakimiyyət böhranı yaşanırdı. Demək olardı ki , ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Bir yandn da ölkəmizə qarşı ərazi iddiaları irəli sürən fürsətçil erməni vaşistləri kənd və şəhərlərimizə hücumlar təşkil edir, soydaşlarımızı qətlə yetirirdilər. Ölkədə nizami ordu yox idi. Yalnız başıpozuq dəstələr düşmənə qarşı mübarizə aparırdı və onların da hər biri müəyyən bir şəxsin təsiri altında idi ki, bu da təpədən dırnağa qədər silahlanmış düşmənə qədər effektiv mübarizə aparmağa imkan vermirdi. Əli avtomatlı şəxslər avtobuslarda , ictimai yerlərdə sərbəst şəkildə dolaşır, özbaşınalıq höküm sürürdü. Bu çətin vəziyyət Azərbaycanın ağıllı adamlarını, müdrik ziyalılarını ciddi şəkildə düşündürürdü. Vəziyyətdən çıxmaq üçün yeni bir siyasi qüvvəyə, güclü bir rəhbərə ehtiyac var idi. Həmin vaxtlar hakimiyyətdən uzaqlaşırılmış, böyük siyasi təcrübəyə malik olan, uzun müddət Azərbaycana rəhbərlik etmiş, ölkəmizi həm kçmiş SSRİ məkanında, həm də beynəlxalq müstəvidə tanıtmış Heydər Əliyev Naxçıvanda Muxtar Respublika Ali Məclisinin sədri idi . Bir qrup Azərbaycan ziyalısı həmin vaxtlar Ümummilli Lider Heydər Əliyevə ölkəni bu xaosdan çıxarmaq üçün müraciət ünvanladılar. Həmin ziyalılar 91 nəfər idilər və tarixə də məşhur " 91 - lər" adı ilə düşdülər . Daha sonra təşkilatlanmaq məqsədi ilə 1992 - ci il noyabrın 21 - də Naxçıvanda 500 nəfərin iştirakı ilə ölkəni böhrandan çıxaracaq Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Sonrakı hadisələr isə göz qabağındadır. İndi Azərbaycan dünyanın güclü iqtisadiyyata malik ölkələri sırasındadır. Noyabrın 21 - də Bakı şəhərində Heydər Əliyevin adını daşıyan mərkəzdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev geniş nitq söyləmişdir. Çıxışı zamanı cənab İlham Əliyev YAP - ın yaranması zərurətindən, o zamanlar ölkəni gözləyən təhlükələrdən söhbət açmışdır. O, qeyd etmişdir ki, doğrudan da ölkəmiz ötən əsrin doxsanıncı illərində məv olmaq təhlükəsi ilə qarşılaşmışdı. Tarixində ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycan yenə də öz müstəqilliyini itirmək üzrə idi. Ölkə artıq vətəndaş müharibəsinin astanasında idi. Azərbaycanın müstəqilliyini qəbul etməyən daxili və xarici düşmənlərimiz nəyin bahasına olursa olsun bu prosesi dayandırmağa, xalqımızı yenə də boyunduruq altında saxlamağa çalışırdı. Məhz belə bir ağır şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması, onun başına Ümummilli Lider Heydər Əliyevin gətirilməsi, sonradan onun Azərbaycana rəhbərlik etməsi ölkəmizi xilas etdi. Bugünkü çiçəklənən Azərbaycan Heydər Əliyevin Şah əsəridir. O elə bir Azərbaycan yaratmışdır ki, bu ölkə dünyanın sayılıb - seçilən, demokratiya yolu ilə addımlayan sivil dövlətləri sırasında özünə möhtəşəm bir yer tutmuşdur. Heydər Əliyev siyasi kursu ondan sonra da davam etdirilir. Çünkü onun yolu ən doğru yoldur. Azərbaycanın çətin günlərində işğal edilmiş torpaqları 30 ildən sonra cəmi 44 günlük Vətən müharibəsində erməni faşistlərindən azad etməsi də Heydər Əliyev yolunun dvam etdirilməsinin məntiqi nəticəsidir. Vaxtilə Ümummilli Lider Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır ."Tarix Ulu Öndərin bu fikirlərinin nə qədər doğru olduğuni sübut etmişdir. İndi Yeni Azərbaycan Partiyasının sıralarında ölkənin öndə gedən ziyalıları, yüksək intellektual səviyyəyə malik gəncləri və müdrik ağsaqqaları cəmləşibdir. Onlar qarşılarına yalnız ölkəmizi inkişaf etdirmək, gücləndirmək, əhalinin maddi- rifah halını yaxşılaşdırmaq məqsədini qoymuşlar və bu yolda mətin addımlarla irəliləyirlər. Yaşasın Azərbaycanı yeni üfüqlərə daşıyan Yeni Azərbaycan Partiyası! Yaşasın Azərbaycan! Ələddin Əhmədov,Xocalı rayon ziyalısı